Uşaq bağçasının yerləşdiyi binada yanğın olub

1 Yanvar 2020 09:30

Şəki şəhərinin Baş Göynük kəndində ümumi sahəsi 400 m² olan uşaq bağçasının yerləşdiyi birmərtəbəli binanın zirzəmisində taxta tullantıları 120 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az