Azərbaycanda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO

1 Yanvar 2020 09:39

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun  rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İki "Merceses" markalı minik maşınları toqquşub. Qəza zamanı 1972-ci il təvəllüdlü Hacıyev İlqar İmran oğlu və 1959-cu il təvəllüdlü Məmmədova Yasəmən Ənvər qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, sürücülərdən biri hadisədən sonra qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Azc