Avtomobil ilə mikroavtobus toqquşub, yaralanan var

1 Yanvar 2020 09:19

Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Digah kəndində qarşı-qarşıya gələn "Mercedes Sprinter" və "VAZ 2107" markalı nəqliyyat vasitələri toqquşub. 

Qəza nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyşaban kənd sakini, 1974-cü il təvəllüdlü Vasif Həmid oğlu Qurbanov ağır yaralanıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az