Kanadada qatar relsdən çıxıb, xəsarət alanlar var

1 Yanvar 2020 02:30

Kanadada dəmiryol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə mərkəzi Manitoba əyalətində baş verib. 

Sərnişin qatarı Çörçil şəhərindən Vinnipeq şəhəri istiqamətində hərəkət edərkən relsdən çıxaraq aşıb. Təcili yardım əməkdaşları hadisə yerinə cəlb edilib. 

Qatarda 7-si sərnişin olmaqla 12 nəfər olub. "Via Rail" dəmiryolu kompaniyasının nümayəndəsi qeyd edib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. 

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az