Türkiyədə 7 İŞİD terrorçusu saxlanılıb

31 Dekabr 2019 23:44

Türkiyədə xüsusi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasının 7 üzvü saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, saxlanılanlardan 6-sı Suriya vətəndaşıdır.

Bildirilri ki, xüsusi əməliyyatlar Burdur və Hatay əyalətlərində keçirilib.

Əməliyyatlar zamanı ələ keçirilmiş materiallar əsasında müəyyən edilib ki, saxlanılanlardan biri İŞİD lideri Əbu Bəkr əl-Bağdadidən birbaşa tapşırıqlar alıb.

Milli.Az