"Yuventus"un futbolçusu Mattia Perin qış transfer pəncərəsi dövründə komandadan ayrılacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı qapıçı "Genoa"ya keçəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Perin icarə əsasında mövsümün sonuna kimi "Genoa"da forma geyinəcək.
2018-ci ilin yayında məhz "Genoa"dan "Yuventus"a keçən Perin bu mövsüm heç bir oyunda iştirak etməyib.
Milli.Az