Bakıda 4 otaqlı mənzildə yanğın olub

31 Dekabr 2019 22:16

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzildə ev əşyaları 8 m² sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 12 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az