Eden Hazard Belçikada ilin ən yaxşı futbolçusu seçilib

1 Yanvar 2020 02:30

Belçika millisində 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu nominasiyaya İspaniyanın "Real Madrid" klubunun 28 yaşlı yarımmüdafiəçisi Eden Hazard layiq görülüb. Yarımmüdafiəçi yığmanın heyətində 5 qol vurub və 7 dəqiq qol ötürməsi verib. O, komandası ilə "Avro-2020"nin final mərhələsinə də vəsiqə qazanıb.

Qeyd edək ki, cari ilin yayında "Çelsi"dən "Real"a keçən E.Hazard hazırda zədəlidir.

Milli.Az