Ağstafada minik avtomobili aşıb, ata və oğul xəsarət alıb

31 Dekabr 2019 21:43

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən ərazisindən keçən hissəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Vəli Əliyev İsa oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən maşının təkəri çıxıb. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü və oğlu, 1986-ci il təvəllüdlü Vəliyev Əfqan İsa oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az