Bakıda mərkəz istiqamətində nəqliyyat axını müşahidə olunur - FOTO

31 Dekabr 2019 20:42

Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Dənizkənarı Milli parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur. Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur.

Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işiqforların vaxt planlanmasında dəyişiklik edilib.

Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb.

Milli.Az