Metroda qatarların hərəkətində fasilə yaranıb

31 Dekabr 2019 20:41

Bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində 5 dəqiqəlik fasilə yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun dediyinə görə, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:

"Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü "İçərişəhər" stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti dayandırılıb.

Təxminən 5 dəqiqəlik fasilə yaranıb. Metroda heç bir tüstülənmə və yanğın olmayıb".

Milli.Az