ABŞ səfirliyi vətəndaşlara xəbərdarlıq etdi

31 Dekabr 2019 20:04

Bağdadda yüzlərlə etirazçı ABŞ-ın Bağdaddakı səfirliyinə hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "İndependent" qəzeti yayıb.

Etirazlara səbəb ABŞ-ın "Hizbullah"a endirdiyi zərbələr olub.

Aksiyanın aviazərbələr nəticəsində ölənlərin dəfn edilməsindən sonra başladığı vurğulanıb.

Aksiya iştirakçıları diplomatik korpusun binasının divarına od vurublar.

ABŞ-ın Bağdaddakı səfirinin və diplomatlarının binanı tərk etdiyi bildirilir.

Milli.Az