Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib

31 Dekabr 2019 15:39

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, MSK-ya daxil olan müraciətdə qeyd olunub ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində bəzi qanun pozuntuları baş verib. MSK nəzdində Ekspert qrupu tərəfindən şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

MSK-nın iclasında müzakirələrdən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilsin.

Milli.Az