Şəkidə 4 otaqlı ev yanıb

31 Dekabr 2019 14:22

Şəki şəhərində 4 otaqlı ev yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, şəhərin Kiş kəndində ümumi sahəsi 350 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az