Bu gündən “sarı jiletlilər”ə aksiya keçirmək qadağan edildi

31 Dekabr 2019 09:36

Paris prefekturası polisi bu gündən "sarı jiletlilər"in Yelisey sarayı yaxınlığında aksiya keçirməsinə qadağa qoyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bayram tədbirləri ilə əlaqədar "sarı jiletlilər"ə Şarl de Qoll meydanında, Yelisey sarayı ətrafında, digər mərkəzi ərazilərdə, o cümlədən Parlament binası yaxınlığında, vağzallarda mitinq keçirməyə icazə verilməyəcək.

Daha əvvəl Daxili işlər naziri Kristof Kastaner Yeni il ərəfəsində bütün ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə 100 min polis və hüquq-mühafizə orqanı əməkdaşının cəlb ediləcəyini bildirmişdi.

Milli.Az