İrlandiyaya 50-dən çox suriyalı qaçqın gəlib

31 Dekabr 2019 09:23

Dekabrın 30-da 28-i uşaq olmaqla 50-dən çox suriyalı qaçqın İrlandiyaya gəlib və İrlandiya Qaçqınların Mühafizəsi Proqramı çərçivəsində bu ölkədə sığınacaq alacaqlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, 11 ailəyə mənsub olan qaçqınlar bir gün əvvəl Livanın Beyrut şəhərindən Dublina uçuş etmışlər və müvəqqəti olaraq Dublindən 40 km şimaldakı Mosney Qəbul Mərkəzində yerləşdirilmişlər.

Qəbul Mərkəzində olduqları müddətdə həmin ailələrə ingilis dili də daxil olmaqla inteqrasiya kursları keçiriləcək, Məlumatda onlara BMT tərəfindən Livanda düşərgələrdə illər keçirdikdən sonra qaçqın statusu verildiyi bildirilib.

Milli.Az