Bakıda parkda yanğın olub

30 Dekabr 2019 21:45

Nərimanov rayonunda, park ərazisində 7 ədəd elektrik sayğacı yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda, park ərazisində 7 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az