ABŞ bölgəni dərhal tərk etsin - Musəvi

30 Dekabr 2019 21:54

ABŞ-ın Suriya və İraqdakı hücumları terror aktıdır və bölgəni dərhal tərk etməsini istəyirik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

"ABŞ-ın İraqın təhlükəsizlik qüvvələrinə hücumu terrorun birbaşa sübutudur. Tehran bunu qınayır", - Musəvi deyib.

Qeyd edək ki, ötən gün ABŞ Kərkük yaxınlığındakı hərbi bazasına edilən hücuma qarşılıq olaraq İraq və Suriyada Hizbullahın mövqelərinə zərbələr endirib.

Milli.Az