Təyyarə qəzasında həyatını itirən jurnalistin son paylaşımı ürək dağladı - FOTO

30 Dekabr 2019 18:44

ABŞ-ın "Layette" hava limanından Atalanataya uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra təyyardə nasazlıq olduğu ortaya çıxıb.

Təyyarəni hava limanına qaytarmaq cəhdi isə uğursuz olub. Təyyarə hava limanına 1,5 km məsafədə avtoparka çırpılıb. Təyyardə olanlardan 5-i ölüb, bir nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Təyyarə qəzası zamanı 2 avtomobil yanıb, yaxınlıqdakı 2 nəfər isə xəsarət alıb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərdən biri WDSU televiziya kanalının idman müxbiri Karli Makkord olub. 

Xanım jurnalist sosial media hesabında son olaraq "Yağışdan sonra həmişə göyqurşağı çıxır, günəş hər zaman yenidən doğacaq" sözlərini paylaşıb. "İnstagram" hesabında isə əlində mikrafon, başında Şaxta baba papağı ilə gülümsəyən foto paylaşıb. 

Milli.Az