Belarusda oğlunun avtomobil qəzası keçirdiyi ünvana gedən ata hadisə yerində vəfat edib.
Milli.Az oxu.az-a istinadən verir ki, Cerzinski rayonunun ərazisində "Ford" və "Dodge" markalı avtomobillər toqquşub. Xəsarət almayan sürücülər yolda təhlükəsizlik nişanlarını quraşdırıb, yol polisi əməkdaşlarının gəlməsini gözləyiblər.
Qəza olan ünvana özünü çatdıran 47 yaşlı ata oğlunu "Ford" avtomobilinin arxa oturacağına əyləşib. Bu zaman həmin yolda hərəkət edən yük maşını qəza keçirən "Ford" markalı avtomobilə çırpılıb.
Hadisə yerinə gələn ata qəzanın qurbanı olub. Sürücü və anası isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Milli.Az