“Müğənnidən qız almaram” deyənlərin şəxsiyyətlərinə şübhələri var” - Roza Zərgərli

30 Dekabr 2019 18:54

"Müğənnidən qız almaram, qız vermərəm" deyənlərin arasında dostlarım da var. Amma inciməsinlər, onda özləri nə yaxşı müğənnidir, nə də yaxşı insan".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində müğənni Roza Zərgərli deyib. O, bu ifadəni işlədən həmkarlarını qınayıb:

"Nə olub müğənnilərə? Bu bizim peşəmizdir. Şəxsiyyətimiz deyil ki... "Müğənnidən qız almaram, qız vermərəm" deyənlərin özlərinin şəxsiyyətlərinə şübhələri var. Oğluma incəsənət sahəsindən qız alaram. Bu nə deməkdir ki?".

Milli.Az