“Taliban” hərbçilərə hücum etdi: 14 ölü

30 Dekabr 2019 14:46

Əfqanıstanda "Taliban" terror təşkilatı hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Cauzcan əyalətində baş vermiş hücum nəticəsində azı 14 hərbçi həlak olub.

Daha beş nəfər xəsarət alıb. Öz növbəsində, hərbçilər 7 silahlını zərərsizləşdirib, 3 nəfəri isə yaralayıb.

Qeyd edək ki, "Taliban" ötən gün daha 17 nəfərin həyatına son qoyub.

Milli.Az