Bu gün Prezident İlham Əliyevin "Rossiya-24" televiziya kanalına müsahibəsi yayımlanacaq - VİDEO - FOTO

30 Dekabr 2019 12:46

Xəbər verdiyimiz kimi, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibə verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Bu gün günorta saatlarında "Rossiya-24" televiziya kanalında Prezident İlham Əliyevin müsahibəsinin yayımı planlaşdırılır. Azərbaycan Televiziyası da birbaşa olaraq həmin yayıma qoşulacaq.

Milli.Az