Anasını yorğanla boğub öldürdü

30 Dekabr 2019 14:08

Türkiyədə kişi yorğanla anasını boğub öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Osmaniyə şəhərinin Kadirli rayonunda 30 yaşlı Mustafa Haktan Çatalbaş mübahisə zəminində anası 53 yaşlı Fatma Çatalbaşı yorğanla boğub.

Anasının ölümünə səbəb olan H. Çatalbaş hadisəni törətdiktən sonra polis idarəsinə gedərək təslim olub.

Xəbərdə bildirilir ki, o hadisəni törədən zaman atası Mehmet Çatalbaş məsciddə olub.

Qayıdanda arvadını yerdə hərəkətsiz halda görən kişinin çağırdığı təcili yardım həkimləri qadının öldüyünü deyiblər.

Məlum olub ki, H. Çatalbaş iki ildir psixoloji müalicə alır.

Polisin adisə ilə bağlı başlatdığı araşdırma davam edir.

Milli.Az