Ankarada 30 İŞİD-çi saxlanıldı

30 Dekabr 2019 13:46

Ankarada İŞİD terror təşkilatının mənsublarına qarşı növbəti dəfə xüsusi əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 30 nəfər saxlanılıb.

Saxlanılanların xarici vətəndaşlar olduğu deyilir. Lakin onların vətəndaşlıqları açıqlanmır.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az