Dünya reytinqində 3-üncü olan məşhur azərbaycanlı idmançının TOYU OLDU - FOTO

30 Dekabr 2019 11:24

73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərovun toyu olub.

Milli.Az xəbər verir ki, 22 yaşlı dünya və Avropa mükafatçımız Leyla adlı xanımla ailə həyatı qurub.

Cütlüyün toyunda tanınmış idmançılar da iştirak ediblər.

Qeyd edək ki, Hidayət Heydərov dünya reytinq cədvəlində 73 kq çəkidə ilk "3-lük"də yer alır.

Məhəmməd Vaqif
Milli.Az