Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yusif Səfərov küçəsində baş verib.
"KİA" markalı avtomobili idarə edən xanım sürücü idarəetməni itirərək "VAZ 2106" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində "VAZ 2106"da olan 1 nəfər xəsarət alıb.
DYP əməkdaşları tərəfindən "KİA"nın sürücüsü müayinə üçün Alkoqol sərxoşluğunun təyinetmə məntəqəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az