Bakıda kafedə yanğın olub

30 Dekabr 2019 06:21

Bakıda kafedə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 231 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az