Türkiyədə 100-dən çox qanunsuz miqrant saxlanılıb

30 Dekabr 2019 07:14

Türkiyənin Aydın vilayətinin sahillərində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki gəminin göyərtəsində 107 qanunsuz miqrant olub.

Miqrantlar Kuşadası və Didim rayonlarında sahil mühafizəçiləri tərəfindən saxlanılıb.

Onların hamısı Suriya, Əfqanıstan, Fələstin və İrandan olan gəlmələrdir.

Milli.Az