Yığmamızın üzvü Türkiyə klubundan ayrıldı

30 Dekabr 2019 02:30

Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan transfer olunmuşdu. Amma voleybolçumuz "Nilufer Bələdiyyəspor"la qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verib.

Voleybol üzrə Azərbaycan yığmasının üzvü Katerina Jidkova Türkiyənin "Nilufer Bələdiyyəspor" klubundan ayrılıb. Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Xatırladaq ki, Jidkova mövsümün əvvəlində Rumıniyanın "Voley Alba-Blaj" klubundan transfer olunmuşdu. Amma voleybolçumuz "Nilufer Bələdiyyəspor"la qarşılıqlı razılıq əsasında ayrılmağa qərar verib.
 
Ukrayna əsilli 29 yaşlı voleybolçu daha öncə "Lokomotiv" (Bakı), "Azəryol" və "Azərreyl" klublarında da çıxış edib.

Milli.Az