Prosineçkinin yeni iş yeri rəsmən açıqlandı

29 Dekabr 2019 23:30

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis Türkiyənin "Kayserispor" klubu ilə anlaşıb.

Bu barədə məlumatı Kayseri klubunun rəsmi saytı açıqlayıb.

Qeyd edək ki, Prosineçkinin yenidən Azərbaycan millisinin "sükanı arxası"na keçəcəyinə dair xəbərlər yayılmışdı.

Milli.Az