Almaniyadan Əsəd rejiminə: Hücumları dayandırın!

29 Dekabr 2019 19:44

İdlibdə humanitar vəziyyət fəlakət səviyyəsindədir və daha da pisləşir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Heiko Maas deyib.

XİN rəhbəri bombardman nəticəsində onminlərlə dinc sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib:

"Bu insanlar ağır şərtlər altında evlərindən qaçmaq məcburiyyətində qalırlar. Təcili şəkildə hücumlar dayandırılmalı və atəşkəs elan edilməlidir".

Qeyd edək ki, Əsəd rejimi İdlibi ağır bombardman altında saxlamağa davam edir.

Milli.Az