Husilər Səudiyyə Ərəbistanı və BƏƏ-yə xəbərdarlıq edib

29 Dekabr 2019 19:04

Yəmənin "Ənsar Allah" müqavimət hərəkatının üzvləri (husilər) Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə husilərin sözçüsü yerli mətbuata bildirib.

O qeyd edib ki, Səudiyyə Ərəbistanında 6, BƏƏ-də isə 3 məkan husilərin hücum hədəfi siyahısındadır. 

Milli.Az