“Qəbələ” xorvatiyalı futbolçusu ilə müqaviləni yeniləyib

29 Dekabr 2019 18:29

"Qəbələ" İvitsa Juniçlə müqaviləni yeniləyib. 

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, yayda komandaya cəlb olunan xorvatiyalı futbolçu ilə daha 6 aylıq razılıq əldə olunub. 

31 yaşlı stoper mövsümün sonunadək "Qəbələ"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Juniç "Qəbələ"dən öncə "Volın", "Çernomorets", "Orenburq" və "Atırau" kimi klublarda oynayıb.

Milli.Az