Bakıda oğurluq hadisəsi anbaan kameraya düşdü - VİDEO

29 Dekabr 2019 17:39

Bakıda oğurluq hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində qeydə alınıb. Ərzaq mağazasından oğurluq edən şəxs, sahibkara 300 manatdan çox ziyan vurub.

Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisə səhər saat 9 radələrində baş verib.

Alış-veriş üçün mağazaya gələn şəxs satıcının başını qataraq kassanın yanında olan telefonu və pulu aparıb.

Milli.Az