Müəllimlərin maaşı 20 faiz artırılaraq 600 manata çatdırılıb

29 Dekabr 2019 14:09

Bu il Azərbaycanda müəllimlərin maaşı 20 faiz artırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı bu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.

Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, təxminən, 5 min nəfər təşkil edib.

Milli.Az