Pelleqrini istefaya göndərildi

29 Dekabr 2019 14:24

"Vest Hem" baş məşqçisi Manuel Pelleqrini ilə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pelleqrininin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Vest Hem" hazırda Premyer Liqada 19 xalla 17-ci sıradadır.

Milli.Az