Lex Kaçinskinin dəfni təxirə salına bilər
16 Aprel 2010 13:20
Milli.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, İslandiyada püskürmüş vulkan nəticəsində Avropada aviareyslərin təxirə salınması dünya liderlərinin Kaçinsiknin dəfninə gəlməsinə mane ola bilər. Əgər belə olarsa, dəfnin təxirə salınacağı istisna edilmir.
Xatırladaq ki, dünəndən etibarən Avropanın bir sıra ölkələrində aviareyslər dayandırılıb. Vulkan nəticəsində səmanı bürümüş duman təyyarə reyslərini mümkünsüz edib.
Milli.Az
Uyğun linklər:
Avropanın üzərini qara buludlar alıb - FOTOSESSİYA
Minlərlə insan hava limanlarında qalıb