Apple plagiatlıqda ittiham olunur – Apple Watch oğurluqdur?

4 Yanvar 2020 21:10

Nyu-York Universitetinin kardioloqu Apple şirkətini məhkəməyə verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Bloomberg" saytı məlumat yayıb.

Məlumata əsasən, Cozef Vizel adlı kardioloq Apple-ın onun patentləşdirilmiş ürək döyüntüsü izləmə metodundan istifadə etdiyinə əmindir və bunun üçün kompensasiya almaq niyyətindədir.

"Apple Watch" arxa tərəfindəki sensor sayəsində ürək döyüntülərini izləyərək ritm pozuntularını aşkar edə bilir.

Qeyd edək ki, Vizel 2017-ci ilin sentyabrında Apple şirkəti ilə əlaqə saxlayaraq patenti haqqında ətraflı məlumat verib, lakin şirkət onun cəhdlərinə məhəl qoymayıb, nəticədə həkim-ixtiraçı məhkəməyə müraciət etməyə məcbur olub.

Milli.Az