Bakıda 3 yaşlı uşaq xəstəxanada öldü

29 Dekabr 2019 13:59

Bakıda azyaşlı xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə A.F. Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Dekabrın 28-də Binəqədi rayon, Mədən 1, korpus 30 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Həmzəyev Ümid Sarif oğlu xəstəxanaya yerləşdirilib və həmin tarixdə orada ölüb.

Azyaşlının meyitinin ilkin müayinə zamanı Ü. Həmzəyevdə baş-beyin ödemi aşkarlanıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az