Əfqanıstanda "Taliban"ın daha bir hücumu - 17 ölü

29 Dekabr 2019 13:09

Əfqanıstanın şimal-şərqindəki Tahar əyalətində "Taliban" terror təşkilatının hücumu nəticəsində 17 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Taliban" bölgədə fəaliyyət göstərən hökumətyönümlü silahlı qruplaşmaya hücum edib.

Daha dörd nəfərin yaralandığı deyilir. Hücumun digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az