Qobustanda “Daewoo” yanıb

29 Dekabr 2019 12:19

Qobustan rayonunda minik avtomobilində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Qobustan rayonunda "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az