Azərbaycan Nazirlər Kabinetində yeni təyinat olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elşən Hacızadə Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri təyin edilib.
Milli.Az