25 yaşlı həyat yoldaşını öldürüb yolun kənarına atdı - Bakıda DƏHŞƏT

29 Dekabr 2019 10:19

Bakıda 24 yaşlı qadın xüsusi amansızlıqla öldürülüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızını qısqanclıq zəminində Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.

Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Əliyeva xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az