Bu il 700-dən çox əcnəbiyə Estoniya vətəndaşlığı verilib

29 Dekabr 2019 21:35

Bu il Estoniya hökuməti 732 əcnəbiyə vətəndaşlıq verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, vətəndaşlıq alanlardan 459-u əvvəllər Estoniyada qeyri-rəsmi vətəndaş kimi yaşayıb, 221 nəfər isə Rusiya vətəndaşı olub. Bu il Estoniya vətəndaşlığını, həmçinin 23 ukraynalı, 5 türk, 5 gürcü, dörd belaruslu və 2 pakistanlı alıb.

Bundan əlavə, Estoniya vətəndaşlığına sahib olan şəxslər arasında Əfqanıstan, Ermənistan, Azərbaycan, İsrail, Hindistan, İtaliya, Litva, Latviya, Nigeriya, Şimali Makedoniya, Serbiya, Finlandiya və Tacikistan vətəndaşları da var.

Milli.Az