Silahlılar yanacaq doldurma məntəqəsinə hücum ediblər, ölənlər var

29 Dekabr 2019 09:29

Meksikanın Quanaxuato ştatında naməlum silahlılar yanacaq doldurma məntəqəsinə hücum ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, silahlılar Urianqato rayonunda yerləşən yanacaq doldurma məntəqəsində insanlara atəş açıblar.

Məlumata əsasən, silahlı insident nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Bildrilir ki, naməlum silahlılar hadisə yerindən qaçıblar. Yaralananlar xəstəxanalara çatdırılıblar, onların vəziyyəti barədə məlumat verilmir.

Milli.Az