Rusiyada yanğın bir ailənin 4 üzvünün ölümünə səbəb oldu

29 Dekabr 2019 08:40

Rusiyanın Krasnoyarsk diyarında birmərtəbəli fərdi evdə yanğın olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 2-si uşaq olmaqla 4 nəfərdən ibarət ailə həlak olub.

Bildirilir ki, yanğının söndürülməsinə 17 nəfər və 5 texnika cəlb edilib.

Milli.Az