6 otaqlı ev yanıb

29 Dekabr 2019 08:19

Xaçmaz rayonunun Yeni Sudur kəndində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 126 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az