Əlcəzairin yeni baş naziri məlum oldu

28 Dekabr 2019 19:12

Dekbarın 19-da vəzifəsinin icrasına başlamış Əlcəzairin yeni prezidenti Əbdülməcid Tebbun ölkəsinə yeni baş nazir təyin edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, yeni hökumət formalaşdırmağı Əbdüləziz Cerada həvalə edib.

Ə.Cerad 2000-ci illərin əvvəlində Əlcəzair Daxili İşlər Nazirliyinin baş katibi vəzifəsində işləyib.

Yeni prezident vəzifəyə seçildikdən sonra baş nazir Nurəddin Beduini vəzifədən azad etmişdi.

Milli.Az