"Barselona" futbolçusunu icarəyə verdi

28 Dekabr 2019 18:01

"Barselona" futbolçusu Karles Alenyanı icarəyə verib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında digər La Liqa təmsilçisi "Betis"də oynayacaq.

Qeyd edək ki, K.Alenya bu mövsüm ümumilikdə 5 matçda meydana çıxıb.

Milli.Az